Ana Sayfa > Karusel / Region > “Buta Airways” Mineralnıye Vodı şəhərinə uçuşları bərpa edir

“Buta Airways” Mineralnıye Vodı şəhərinə uçuşları bərpa edir


28-01-2022, 14:41. Yazar: Admin

“Buta Airways” Mineralnıye Vodı şəhərinə uçuşları bərpa edir

“Buta Airways” aviaşirkəti Bakıdan Mineralnıye Vodı şəhərinə birbaşa reysləri bərpa edir. Aviadaşıyıcı fevralın 6-dan uçuşları həyata keçirəcək.

“Buta Airways”-dən Qarabaginfo.az-a verilən məlumata görə, Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.

Qeyd edək ki, bundan əvvəl, 2021-ci ilin may ayının sonundan 2022-ci ilin yanvar ayına qədər Mineralnıye Vodı şəhərinə uçuşlar “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən həyata keçirilirdi.

Həmin uçuşlara biletləri butaairways.az rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz. Biletlərin dəyəri 29 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstərilir.

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.


Geri dön