Ana Sayfa > Karusel / Region > Nazir müavini: "İran Azərbaycandan turistlərin cəlb edilməsində maraqlıdır"
Nazir müavini: "İran Azərbaycandan turistlərin cəlb edilməsində maraqlıdır"28-01-2022, 14:37. Yazar: Admin |
“İran Azərbaycan ilə turizmin inkişafına dair proqram hazırlayıb”. Bunu İranın turizm və mədəniyyət nazirinin turizm məsələləri üzrə müavini Əliəsğər Şalbafiyan Qarabaginfo.az-a İran müxbirinə eksklüziv açıqlamasında deyib. Ə. Şalbafiyan qeyd edib ki, Azərbaycan İran üçün turizm sahəsində önəmli ölkələrdəndir: "İran Azərbaycandan turistlərin cəlb edilməsində maraqlıdır. Sağlamlıq və ziyarət turizmi sahəsində əməkdaşlığa önəm veririk". O qeyd edib ki, hazırda iki ölkə arasında sərhədlər açıqdır və gediş-gəliş üçün problem yoxdur: “Novruz bayramında turistlərin gediş-gəlişi ilə bağlı qərarı ölkənin koronavirusla mübarizə qərargahı verməlidir”. Qeyd edək sabahdan (29 yanvar) Tehranda 15-ci beynəlxalq turizm və sənaye sərgisi keçiriləcək. Geri dön |