Ana Sayfa > Karusel / İqtisadiyyat > Bakı metrosunun 3 stansiya rəisi vəzifəsindən azad edilib
Bakı metrosunun 3 stansiya rəisi vəzifəsindən azad edilib28-01-2022, 14:21. Yazar: Admin |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
“Bakı Metropoliteni” QSC-nin “Sahil”, “Azadlıq prospekti” və “Nəsimi” stansiyalarının rəisləri vəzifələrindən azad edilib. Onların yerinə təyinatlar olub. Bildirilir ki, “Sahil” stansiyasının rəisi Taleh Məmmədov başqa işə keçdiyi üçün vəzifəsindən azad olunmaqla bağlı ərizə yazıb. Metronun “Azadlıq prospekti” və “Nəsimi” stansiyalarının rəisləri Alpaşa İsmayılov və Zahid Rəcəbov isə təqaüd yaşları çatdığı üçün əmək müqavilələrinə xitam verilib. “Sahil” stansiyasına T.Məmmədovun yerinə Nurlan Nəbiyev, “Azadlıq prospekti” stansiyasına A. İsmayılovun yerinə Xalid Məmmədov və “Nəsimi” stansiyasına isə Z.Rəcəbovun yerinə Ramin Əliyev təyin edilib. Yeni təyinata qədər Nurlan Nəbiyev “İnşaatçılar” stansiyasında, Xalid Məmmədov "28 May" stansiyasında, Ramin Əliyev isə "8 Noyabr" stansiyasında Mərkəzləşmə Məntəqə Növbətçisi vəzifəsində çalışıblar. “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Report”un sorğusuna cavab olaraq kadr dəyişikliyini təsdiq edib. Bu dəyişikliklə metronun 26 stansiyasının rəhbərliyi aşağıdakı kimi formalaşıb:
Geri dön |