Ana Sayfa > Karusel / Gündəm > Polis Bakıda avtobusda qeyri-etik hərəkətlərə yol verilməsini araşdırır
Polis Bakıda avtobusda qeyri-etik hərəkətlərə yol verilməsini araşdırır28-01-2022, 13:59. Yazar: Admin |
Bakıda sərnişin avtobusunda sərnişin tərəfindən qeyri-etik hərəkətlərə yol verilməsi barədə yayılan videogörüntülərlə bağlı araşdırma aparılır.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, sosial şəbəkədə həmin görüntüləri izləyiblər: “Polis faktı nəzarətə götürüb araşdırır. Qəti şəkildə bu cür qeyri-etik, əxlaqa zidd hərəkətləri pisləyirik”.
DİN-in mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov APA-ya bildirib ki, bununla bağlı ərazi polis orqanında müvafiq araşdırma aparılır.
Qeyd edək ki, hadisə yanvarın 25-də, saat 15.00 radələrində, Badamdar qəsəbəsi ərazisində, 31 nömrəli sərnişin avtobusunda baş verib. Orta yaşlı kişi avtobusda sərnişinlərin gözü qarşısında qeyri-etik hərəkətlər edib. Bu isə digər sərnişinlər tərəfindən çəkilərək sosial şəbəkədə yayılıb.
Geri dön |