Ana Sayfa > Karusel / Gündəm > Lukaşenko: "Müharibə olarsa, Belarus Rusiyanı müdafiə edəcək"

Lukaşenko: "Müharibə olarsa, Belarus Rusiyanı müdafiə edəcək"


28-01-2022, 13:39. Yazar: Admin

Lukaşenko: Müharibə olarsa, Belarus Rusiyanı müdafiə edəcək

“Müharibə olacaq, ya yox? Müharibə iki halda - Belarusa qarşı birbaşa təcavüz olarsa, bir də bizim Belarus açıq savaşa birbaşa cəlb edilərsə, ola bilər. Başqa tərəfdən müttəfiqimiz Rusiyanın ərazi bütövlüyünə qarşı təcavüz edilərsə, Belarus bu müharibədə iştirak edəcək. Bu, müttəfiqlik haqqında müqaviləmizə əsaslanır”.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Belarus Prezidenti Aleksandr Lukaşenko yanvarın 28-də parlament və ölkə əhalisinə müraciətində bildirib.

“Qərb kollektivinə cox vacib sualın cavabını vermək istəyirəm - Belarusun ərazisində qoşun olacaq? Bizim ölkəmizə təcavüz olarsa, onda burada öz müqəddəs torpağını qorumaq uğrunda mübarizəyə qalxan yüz minlərlə Belarus xalqının yanında yüz minlərlə Rusiya qoşunu olacaq”, - o vurğulayıb.


Geri dön