Ana Sayfa > Karusel / Region > Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub
Tovuz istiqamətində mövqelərimiz atəşə tutulub28-01-2022, 12:56. Yazar: Admin |
Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-si saat 20:58-dən 23:00-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, Ordumuzun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb. Geri dön |