Ana Sayfa > Karusel / Gündəm > Paşinyan “ordu günü” ilə bağlı tədbirləri bilərəkdən və sistemli şəkildə ləğv edib – ŞOK İDDİA

Paşinyan “ordu günü” ilə bağlı tədbirləri bilərəkdən və sistemli şəkildə ləğv edib – ŞOK İDDİA


28-01-2022, 12:45. Yazar: Admin
Paşinyan “ordu günü” ilə bağlı tədbirləri bilərəkdən və sistemli şəkildə ləğv edib – ŞOK İDDİA

Ermənistan ordusunun yaradılmasının ildönümü geniş miqyasda qeyd olunmayacaq. Dünən “Dvin” otelində baş tutmalı olan geniş miqyaslı bayram tədbiri ləğv edilib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Mətbuatın yazdığına görə, buna səbəb Ermənistan Silahlı Qüvvələrinin rəhbərliyində olan bir sıra yüksək rütbəli məmurların, həmçinin bəzi dəvətlilərin, o cümlədən Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan və nazir Suren Papikyanın koronavirusa yoluxmasıdır.

Qəzet yazır ki, ötən gün baş nazir Nikol Paşinyana ikinci dəfə COVID-19 diaqnozu qoyulub və onun özünü təcrid etdiyi məlum olub: “Belə görünür ki, hakimiyyət Ermənistan ordusunun yaradılmasının ildönümü ilə bağlı tədbirləri bilərəkdən və  sistemli şəkildə iflasa uğradıb. Və bütün bunların mütəşəkkil demarş kimi qiymətləndirilməməsi üçün hakim “Mülki Müqavilə” partiyası yanvarın 28-30-da Dilicanda keçirilməsi nəzərdə tutulan üç günlük toplantını da ləğv edib. Artıq Dilicana getməyə ehtiyac yoxdur, onların “Ordu Günü”nü qeyd etməmək üçün  kifayət qədər əsasları var” – qəzet yazıb.


Geri dön