Ana Sayfa > Karusel / Gündəm > İcra Hakimiyyətinin qarşısına bomba qoyulduğunu dedi, tutuldu
İcra Hakimiyyətinin qarşısına bomba qoyulduğunu dedi, tutuldu28-01-2022, 11:46. Yazar: Admin |
Səbail Rayon İcra Hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyən şəxs tutulub. Qarabaginfo.az xəbər verir ki, yanvarın 27-si saat 16 radələrində naməlum şəxs FHN-nin 112 xidmətinə zəng edərək adıçəkilən İcra Hakimiyyətinin qarşısına bomba qoyulduğunu deyib. Araşdırma zamanı zəng edən şəxsin Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü E.Q olduğu məlum olub. Həmin şəxs saxlanılıb və onun ruhi xəstə olduğu müəyyən edilib. O, psixiatriya xəstəxanasına yerləşdirilib. Geri dön |