Ana Sayfa > Karusel / Region > Türkiyədə qar uçqunu, ölənlər var

Türkiyədə qar uçqunu, ölənlər var


28-01-2022, 08:06. Yazar: Admin
*

Türkiyənin Ərzurum vilayətinin Xorasan rayonunun Çayanyurdu obasında qar uçqunu olub. Nəticədə, iki nəfər uçqun altında qalaraq ölüb. Bu barədə TRT xəbər yayıb. 

Hadisə obanın anbarında suyun azalması nəticəsində vətəndaşların su ehtiyatını artırmaq təşəbbüsü zamanı baş verib.

Belə ki, oba sakinləri olan iki qohum Abdullah və Cüneyt Aktaş anbara su gəlməsini təmin edən mənbəni yoxlayarkən, qar kütləsi onların üstünə düşüb. Bölgəyə AFAD briqadaları cəlb olunub. (Qafqazinfo)


Geri dön