Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Dövlət Departamenti: İran nüvə sazişi üzrə ABŞ-la birbaşa danışıqlara razılıq vermir
Ana Sayfa > Karusel / Dünya > Dövlət Departamenti: İran nüvə sazişi üzrə ABŞ-la birbaşa danışıqlara razılıq vermir

Dövlət Departamenti: İran nüvə sazişi üzrə ABŞ-la birbaşa danışıqlara razılıq vermir


28-01-2022, 07:49. Yazar: Admin

Ned Prays

 

İran hələlik nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasına dair ABŞ-la birbaşa danışıqlara razılıq vermir.

Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays keçirdiyi növbəti brifinqdə deyib.

“Anladığımız qədər, İran hələ ki, birbaşa danışıqlara razılıq verməyib, lakin biz hesab edirik ki, üzbəüz görüşə hazır olmalıyıq”, deyə Prays bildirib.

Onun sözlərinə görə, birbaşa əlaqə məsələnin müsbət həllini sürətləndirə bilər.


Geri dön