Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > DÇ-2022: Final mərhələsinin daha bir iştirakçısı bəlli olub
Ana Sayfa > Karusel / Gündəm > DÇ-2022: Final mərhələsinin daha bir iştirakçısı bəlli olub

DÇ-2022: Final mərhələsinin daha bir iştirakçısı bəlli olub


27-01-2022, 21:33. Yazar: Admin

DÇ-2022: Final mərhələsinin daha bir iştirakçısı bəlli olub

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının daha bir iştirakçısı bəlli olub.

Qarabaginfo.az-ın məlumatına görə, İran millisi mundialın final mərhələsində oynamaq hüququ qazanıb. Draqan Skoçiçin başçılıq etdiyi kollektiv Asiya zonası üzrə seçmə mərhələnin A qrupunun VII turunda İraq yığmasına minimal hesabla qalib gələrək DÇ-2022-yə vəsiqəni vaxtından əvvəl təmin edib.

Bu qələbədən sonra xallarını 17-yə çatdıraraq liderliyinə möhkəmləndirən İran seçməsi sona 3 tur qalmış ən yaxın izləyicisi Cənubi Koreyanı 2, Birləşmiş Ərəb Əmirliklərini isə 10 xal qabaqlayır. Bu isə o deməkdir ki, komanda mundiala ən pis halda ikinci yerin sahibi kimi yollanacaq.

Bu, İranda son üç ildə qadınların stadiona girişinə icazə verilən ilk qarşılaşma olub.

Qeyd edək ki, dünya çempionatı 21 noyabr - 18 dekabrda keçiriləcək.


Geri dön