Ana Sayfa > Karusel / Gündəm > Qırğızıstan Tacikistanla sərhəddə yaşayan 60 ailənin təxliyə edildiyini bildirib

Qırğızıstan Tacikistanla sərhəddə yaşayan 60 ailənin təxliyə edildiyini bildirib


27-01-2022, 21:23. Yazar: Admin

Qırğızıstan Tacikistanla sərhəddə yaşayan 60 ailənin təxliyə edildiyini bildirib

Tacikistanla sərhəd zonasından 60 ailə təxliyə edilib.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə Qırğızıstanın Batken vilayətinin vilayət administrasiyasının mətbuat xidmətindən “İnterfaks”a bildirilib.

"Ak-Say, Ak-Tatır və Səmərqəndək kimi təhlükəli sərhəd bölgələrində yaşayan insanlar təhlükəsiz zonaya köçürülür. Altmış ailə Batken şəhərindəki 3 saylı orta məktəbə yerləşdirilib", - mətbuat xidmətinin nümayəndəsi deyib.

Onun sözlərinə görə, Qırğızıstanın Kulundu, Maksat, Sada kəndlərinin sakinləri təxliyə edilir.

“Batken şəhərinə təxliyə edilən vətəndaşlar ərzaqla təmin olunub”, - mənbə qeyd edib.


Geri dön