Ana Sayfa > Karusel / Gündəm > Oğuzda 55 yaşlı qadını avtomobil vurub

Oğuzda 55 yaşlı qadını avtomobil vurub


27-01-2022, 20:53. Yazar: Admin

Oğuzda 55 yaşlı qadını avtomobil vurub

Oğuz rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun, rayonun Kərimli kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, kənd ərazisində marşrut avtobusundan düşən Kərimli kənd sakini, 1967-ci il təvəllüdlü Aytəkin Əlibala qızı Əlibabayevanı hərəkətdə olan "VAZ-2107" markalı avtomobil vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 55 yaşlı A.Əlibabayeva Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Geri dön