Ana Sayfa > Karusel / Siyasət > KTMT baş katibi Tacikistan və Qırğızıstanı atəşi dərhal dayandırmağa çağırıb
KTMT baş katibi Tacikistan və Qırğızıstanı atəşi dərhal dayandırmağa çağırıb27-01-2022, 20:32. Yazar: Admin |
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Tacikistan və Qırğızıstanı ölkələr arasındakı sərhəddə dərhal atəşi dayandırmağa çağırıb. Bu barədə Qarabaginfo.az TASS-a istinadən xəbər verir. "KTMT münaqişənin sülh yolu ilə həlli üçün Tacikistan və Qırğızıstana yardım göstərməyə hazırdır", - baş katib deyib. Xatırladaq ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidmətinin məlumatına görə, iki dövlət arasında insident Batken-İsfana avtomobil yolunun hissələrinin birində, Tort-Koço ərazisində başlayıb. Qırğızıstan tərəfinin əmin etdiyi kimi, vəziyyət Qırğızıstan sərhədçilərinə qarşı Tacikistan tərəfinin silahdan istifadə etməsi səbəbindən daha da pisləşib. Geri dön |