Ana Sayfa > Karusel / Siyasət > Ağ Ev: Bayden fevralın 7-də Şoltsla görüşəcək
Ağ Ev: Bayden fevralın 7-də Şoltsla görüşəcək27-01-2022, 19:50. Yazar: Admin |
ABŞ Prezidenti Cozef Bayden fevralın 7-də Ağ Evdə Almaniya kansleri Olaf Şoltsu qəbul edəcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib. "Liderlər Rusiyanın Ukraynaya qarşı gələcək təcavüzünün qarşısını almaq üçün birgə səyləri müzakirə edəcəklər”, - Ağ Evin mətbuata açıqlamasında deyilir. Psaki Almaniya kanslerinin Vaşinqtona səfərinin iki ölkə arasında əlaqələrin möhkəmliyini təsdiqləyəcəyini bildirib. Tərəflər, həmçinin koronavirus pandemiyasına qarşı mübarizə, iqlim dəyişikliyi problemləri və demokratik dəyərlərə əsaslanan beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərini müzakirə edəcəklər. Geri dön |