Ana Sayfa > Karusel / Gündəm > İki ölkə arasında sərhəddə atışma: Əsas yolu bağlayıblar və...

İki ölkə arasında sərhəddə atışma: Əsas yolu bağlayıblar və...


27-01-2022, 19:12. Yazar: Admin

İki ölkə arasında sərhəddə atışma: Əsas yolu bağlayıblar və… – VİDEO

Qırğızıstan-Tacikistan sərhədində yenidən atışma baş verib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, Qırğızıstanın Sərhəd Xidməti Hhazırda vəziyyətin gərgin olduğunu açıqlayıb.

“Saat 17:30-dan 18:00-a qədər Tacikistan Milli Təhlükəsizlik Dövlət Komitəsinin sərhəd qoşunlarının əməkdaşları Tərt-Keçə Batken rayonunun ərazisindən keçən Batken-İsfana yolunu birtərəfli qaydada bağlayıblar”, – deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Tacikistanla Qırğızıstan arasındakı sərhədin uzunluğu təxminən 950 km-dir. Sərhəddəki mübahisəli ərazilərə görə tez-tez iki ölkə arasında gərginlik yaşanır.

 


Geri dön