Ana Sayfa > Karusel / Siyasət > Paşinyan Konstitusiyaya Dəyişikliklər Şurasının tərkibini təsdiqləyib
Paşinyan Konstitusiyaya Dəyişikliklər Şurasının tərkibini təsdiqləyib27-01-2022, 19:00. Yazar: Admin |
Ermənistanda Konstitusiyaya Dəyişikliklər Şurasının tərkibi açıqlanıb. Qarabaginfo.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, Baş nazir Nikol Paşinyanın qərarı ilə siyahı təsdiqlənib. Şuranın sədri ədliyyə naziri Karen Andreasyan olacaq. Şuranın tərkibinə Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yeqişe Kirakosyan, parlamentin dövlət-hüquq məsələləri üzrə komissiyasının rəhbəri Vladimir Vardanyan, Ombudsman Kristine Qriqoryan daxil edilib. Geri dön |