Ana Sayfa > Karusel / İdman > Cüdo üzrə Azərbaycan yığmasında kütləvi yoluxma baş verib
Cüdo üzrə Azərbaycan yığmasında kütləvi yoluxma baş verib27-01-2022, 16:42. Yazar: Admin |
Qran-Pridə iştirak etmək üçün Portuqaliyanın Almada şəhərinə yollanan cüdo üzrə Azərbaycan yığmasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb. Qarabaginfo.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, nümayəndə heyətinin 5 üzvündə infeksiya aşkarlanıb. Onların arasında məşqçi və idmançılar da var. Həmçinin 9 nəfərin peyvənd olunmadığı iddia edilir. Azərbaycan Cüdo Federasiyasından "Report"a bildirilib ki, məsələ ilə bağlı tezliklə rəsmi açıqlama veriləcək. Qeyd edək ki, 28 - 30 yanvarda təşkil olunacaq Qran-pridə Azərbaycanı 13 cüdoçu təmsil etməli idi. Geri dön |