Ana Sayfa > Karusel / Gündəm > "Türk mallarına qadağa inflyasiyaya səbəb oldu" - Ermənistandan ETİRAF

"Türk mallarına qadağa inflyasiyaya səbəb oldu" - Ermənistandan ETİRAF


27-01-2022, 16:17. Yazar: Admin
“Türk mallarına qadağa inflyasiyaya səbəb oldu” – Ermənistandan ETİRAF

 

Türkiyə mallarına qoyulan embarqo inflyasiyaya səbəb oldu.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan deyib.

Onun sözlərinə görə, digər ölkələrdən gətirilən mallar baha olduğu üçün bu qərar qısa müddətdə öz mənfi nəticəsini göstərib:

“Uzunmüddətli perspektivdə təsirin müsbət olması ilə bağlı gözləntilər var idi. Amma hökumət kollegial orqandır və o, başqa qərar qəbul etdi”.

Ermənistanla Azərbaycan arasında dəmir yolunun tikintisi ilə bağlı danışan erməni nazir ortada dəqiq məbləğin olmadığını bildirib:

“Dəyəri bir neçə milyon ola bilər. Zamanı gələndə xərcləyəcəyik”.


Geri dön