Ana Sayfa > Karusel / Gündəm > Rusiya XİN: "NATO-nun 5 qeyri-nüvə ölkəsində ABŞ-ın 200-ə yaxın atom bombası var"

Rusiya XİN: "NATO-nun 5 qeyri-nüvə ölkəsində ABŞ-ın 200-ə yaxın atom bombası var"


27-01-2022, 16:15. Yazar: Admin

 

Rusiya XİN: NATO-nun 5 qeyri-nüvə ölkəsində ABŞ-ın 200-ə yaxın atom bombası var

“NATO üzvü olan 5 qeyri-nüvə ölkəsində ABŞ-ın “B61” ailəsinə aid 200-ə yaxın atom bombası yerləşir”.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Yayılmama və silahlanmaya nəzarət məsələləri üzrə idarəsinin direktoru Vladimir Yermakov a müsahibəsində bildirib.

“Biz israr edirik ki, NATO-nun birgə nüvə missiyası fəaliyyətini təcili olaraq dayandırmalı, Amerikanın nüvə silahları ABŞ-ın milli ərazilərinə qaytarılmalıdır. Onu infrastrukturunu və fəaliyyətini təmin edən qurumlar isə ləğv edilmədir. Bu, bizim ABŞ-a təhlükəsizliklə bağlı təkliflərimizdəndir”, - o deyib.


Geri dön