Ana Sayfa > Karusel / Dünya > Peskov: "Bizə verilən yazılı cavablarda mülahizə və narahatlıqlarımızın nəzərə alındığını söyləmək olmaz"

Peskov: "Bizə verilən yazılı cavablarda mülahizə və narahatlıqlarımızın nəzərə alındığını söyləmək olmaz"


27-01-2022, 14:55. Yazar: Admin

Dmitri Peskov

 

"Bizə verilən yazılı cavablarda mülahizə və narahatlıqlarımızın nəzərə alındığını söyləmək olmaz".

Qarabaginfo.az "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

"Dünən siz həm dövlət katibinin, həm də cənab Stoltenberqin bəyanatını eşitdiniz. Burada onlar tamamilə birmənalı olaraq Rusiya Federasiyasının ifadə etdiyi əsas narahatlıqların rədd edilməsi barədə danışdılar. Təbii ki, səbəblər çoxdur, amma bir şey göz qabağındadır, lakin mən hələ də hər hansı konseptual qiymətləndirmədən çəkinərdim".

Peskov deyib ki, Blinken və Stoltenberqin açıqlamlarından ABŞ və NATO-nun Rusiyanın narahatlıqlarını nəzərə almadıqları və buna hazır olmadıqlarını anlaşılır.

"Bilirsiniz ki, bizim Vaşinqton və Brüsseldəki həmkarlarımız fikirlərini ifadə ediblər və bildiriblər ki, bu cavab sənədləri dərc olunmamalıdır, ancaq prinsipcə bu sənədlərin məzmunu artıq hamıya məlumdur”, - deyə Peskov vurğulayıb.

O, kompromis imkanı varmı sualına “Hələ heç bir qiymət verməyəcəyəm”, - deyə cavab verib.


Geri dön