Ana Sayfa > Karusel / Dünya > Aprelin 1-də Ermənistanda qazın qiyməti bahalaşacaq

Aprelin 1-də Ermənistanda qazın qiyməti bahalaşacaq


18-03-2019, 11:10. Yazar: Admin

Ermənistanda maye qazın qiyməti bahalaşacaq.

“Report” xəbər verir ki, bunu “Jamanak” qəzeti yazıb. 

Məlumata görə, Vergi Məcəlləsinə təklif olunan yeni dəyişiklik layihəsinə əsasən, avtomobillər üçün maye qaz həcmlə deyil, çəki ilə satılacaq. 

Məqalədə qeyd olunub ki, hazırda qüvvədə olan Vergi Məcəlləsinə əsasən, maye qazın min kub metri 25 min dramdır (52 dollar). İndi isə hökumət təklif edir ki, bir ton maye qazın qiyməti 34 min dram (70 dollar) olsun. Hökumət rəsmiləri bunun vergi ödənməsinə təsiri olmayacağını desə də, təbii qazdoldurma məntəqələrinin sahibləri bildiriblər ki, dəyişiklik nəticəsində yanacağın qiyməti 10-20 faiz bahalaşacaq.

Qanun aprelin 1-dən qüvvəyə minəcək.qaz ile ilgili görsel sonucu


Geri dön