Ana Sayfa > Karusel / Gündəm > 5 əsgəri öldürən hərbçi tutuldu - Güllələmə anının VİDEOSU

5 əsgəri öldürən hərbçi tutuldu - Güllələmə anının VİDEOSU


27-01-2022, 13:22. Yazar: Admin

Ukraynada 5 əsgəri öldürən, daha 5-ni isə yaralayan hərbçi - 20 yaşlı Artemi Ryabçuk saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri məlumat yayıblar.

Bildirilir ki, Artemi Ryabçuk Podqorodnı şəhərində tutulub.

Xatırladaq ki, yanvarın 27-də saat 03:40-da Milli Qvardiyanın əsgəri Dnepr şəhərindəki "Yujmaş" zavodunun ərazisində “AK-47” avtomat silahından xidmət yoldaşlarına atəş açıb. Nəticədə 5 nəfər ölüb, daha 5 nəfər yaralanıb.


Geri dön