Ukraynanın Dnepr şəhərində Milli Qvardiyanın 20 yaşlı hərbçisi Artemiy Ryabçuk AK-47 avtomat silahından xidmət yoldaşlarına atəş açıb.
Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə ötən gecə baş verib. Nəticədə 5 nəfər ölüb, 5-i yaralanıb.
Hadisənin başvermə səbəbləri məlum deyil.