Ana Sayfa > Karusel / Gündəm > Sabiq deputat barəsində xüsusi ittiham qaydasında şikayət olunub

Sabiq deputat barəsində xüsusi ittiham qaydasında şikayət olunub


27-01-2022, 10:00. Yazar: Admin

Elton Məmmədov

 


Sabiq deputat Elton Məmmədov barəsində xüsusi ittiham qaydasında şikayət olunub.

Qarabaginfo.az xəbər verir ki, şikayətçi E. Məmmədovun Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunmasını tələb edib.

Şikayət Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın icraatına verilib. Məhkəmənin ilkin baxış iclası fevralın 2-ə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının işlər idarəsinin sabiq müdiri, keçmiş deputat Elton Məmmədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır.


Geri dön