Rusiya-Ukrayna böhranının həlli üçün lazımi addımları atırıq.
Qarabaginfo.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Regionda sülh və əmin-amanlıq istəyirik. Böhran dialoq yolu ilə, zorakılıq olmadan həll edilməlidir. Rusiyanın Ukraynaya hücum etməyəcəyinə ümid edirəm. Hər iki ölkə liderini Türkiyəyə dəvət edib sülhə yol aça bilərik”, – deyə Ərdoğan bildirib./axar.az/