Ana Sayfa > Karusel / Siyasət > Ağ Ev Putinə qarşı sanksiya tətbiqini təxirə saldı
Ağ Ev Putinə qarşı sanksiya tətbiqini təxirə saldı27-01-2022, 09:50. Yazar: Admin |
ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putinə qarşı sanksiya tətbiqini təxirə salmağı qərara alıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı öz mənbələrinə istinadən “CBS” telekanalı yayıb. “ABŞ Putinə qarşı sanksiya tətbiq edə bilər, lakin Ağ Ev hələ ki bunu etməməyi qərara alıb. Əlaqədə olduğum mənbənin məlumatına görə, Putinə qarşı sanksiya tətbiq etmək bəzi texniki çətinliklər yaradacaq”, - deyə telekanalın müxbiri qeyd edib. Qeyd olunur ki, Vaşinqton danışıqlar apardığı şəxslərə qarşı sanksiya tətbiq etsə, bu, səyahət və tərəfdaşlarla fəaliyyətləri əlaqələndirmək baxımından çətinliklər yaradacaq. Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden Rusiya Ukraynaya hücum edəcəyi təqdirdə Vladimir Putinə qarşı şəxsi sanksiyaların tətbiq ediləcəyini istisna etməyib. Geri dön |