Onun sözlərinə görə, Ukrayna əhalisinin “əhəmiyyətli hissəsi” Rusiya qoşunlarının ölkəyə yeridilməsini gözləyir. Və ukraynalıların böyük əksəriyyətinin ruslarla döyüşməyə hazır olduğu haqda deyilənlər Azarovun fikrincə, "boş şeydir".
“Əhval-ruhiyyə hazırda belədir: əhalinin əhəmiyyətli hissəsi gözləyir ki, Putin nə vaxt hücum edəcək və ölkəni azad edəcək. Bu, əhalinin əhəmiyyətli hissəsidir. Təbii ki, onlar bu haqda publik olaraq danışmırlar, amma belə əhval-ruhiyyə var. Əhalinin əksər hissəsi belə düşünür ki, bundan betər ola bilməz”,-keçmiş baş nazir deyib.
Azarovun sözlərinə görə, Rusiya Ukraynaya hücum etsə indiki siyasi elita arasında panika başlayacaq və onlar öz aktivlərini, ailə üzvlərini xaricə qaçıracaqlar.
Qeyd edək ki, Azarovun adı bu günlərdə Böyük Britaniya kəşfiyyatı tərəfindən açıqlanan hesabatda Rusiya kəşfiyyatı ilə təmasda olan ukraynalı siyasətçilərin arasında yer alırdı.(virtualaz.org)