Ana Sayfa > Karusel / Siyasət > Stoltenberq: Təhlükəsizlik prinspilərimizdə güzəştə getməyəcəyik
Stoltenberq: Təhlükəsizlik prinspilərimizdə güzəştə getməyəcəyik26-01-2022, 23:52. Yazar: Admin |
Risklərin azaldılması, şəffaflıq və silahlara nəzarət hamı üçün real təhlükəsizlik mühitini təmin edə bilər. “Nüvə silahları, orta və yaxınmənzilli raketlər də daxil olmaqla silahlara nəzarətlə bağlı ciddi müzakirələrə ehtiyacmız var”, - deyə Yens Stoltenberq qeyd edib. Yens Stoltenberq NATO-Rusiya Şurasını çərçivəsində qarşılıqlı narahatlıq doğuran məsələlərin ətraflı müzakirəsi üçün müttəfiqlərin hazır olduğunu vurğulayıb. “NATO müdafiə xəttidir və biz qarşıdurma axtarmırıq. Lakin, biz müttəfiqliyimizin təhlükəsizliyinin, Avropada və Şimali Amerikada təhlükəsizliyin əsaslandığı prinsiplərdə güzəştə gedə bilmərik və getməyəcəyik. Biz öz təsis müqaviləmizə və kollektiv müdafiə ilə bağlı 5-ci maddəyə tam sadiq qalırıq. Biz bütün müttəfiqləri müdafiə etmək və qorumaq üçün bütün zəruri tədbirləri görəcəyik”, -deyə Baş katib vurğulayıb. Geri dön |