Ana Sayfa > Karusel / Siyasət > ABŞ səfiri: Türkiyə NATO-nun əvəzolunmaz müttəfiqir

ABŞ səfiri: Türkiyə NATO-nun əvəzolunmaz müttəfiqir


26-01-2022, 23:46. Yazar: Admin

Jeffri Fleyk

“Türkiyə NATO-nun əvəzolunmaz müttəfiqi və daimi dəyişkənliklər baş verən bölgədə mühüm tərəfdaşdır. ABŞ və Türkiyənin qlobal sülh və təhlükəsizliyə ən ciddi təhdidlərə qarşı birgə mübarizə aparması bizim milli maraqlarımıza uyğundur”.

Qarabaginfo.az xəbərinə görə, bunu ABŞ-ın Türkiyəyə yeni təyin olunmuş səfiri Jeffri Fleyk deyib.

O qeyd edib ki, iki ölkənin ortaq maraqları siyasət və təhlükəsizlik sahəsindən kənara çıxır: “ABŞ və Türkiyə balanslaşdırılmış ticarət, investisiya, innovasiya və əməkdaşlığa əsaslanan sıx iqtisadi tərəfdaşlıqdan faydalanır. Türkiyə bu gün 2000-ə yaxın Amerika şirkətinə ev sahibliyi edir. Türk şirkətləri ABŞ-da uğurla fəaliyyət göstərir və ABŞ 2021-ci ildə Türkiyənin ikinci ən böyük ixrac bazarına çevrilib. Mədəniyyət, elm və təhsil mübadilələri də iki ölkə xalqını birləşdirir”.


Geri dön