Ana Sayfa > Karusel / Siyasət > Rusiya ABŞ-dan təhlükəsizlik zəmanəti təklifinə cavab aldı
Rusiya ABŞ-dan təhlükəsizlik zəmanəti təklifinə cavab aldı26-01-2022, 22:50. Yazar: Admin |
ABŞ səfiri Con Sallivan Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşkoya Vaşinqtonun təhlükəsizlik zəmanətləri ilə bağlı yazılı cavabını təqdim edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. Görüşün ABŞ-ın diplomatik nümayəndəsinin xahişi ilə keçirildiyi qeyd edilir. "Amerika diplomatik missiyasının rəhbəri Rusiya tərəfinin əvvəllər təqdim etdiyi təhlükəsizlik zəmanətləri haqqında ikitərəfli saziş layihəsinə ABŞ Administrasiyasının yazılı cavabını təqdim edib", - nazirlikdən bildirilib. “Yaxın günlərdə, Moskva bizim cavabımızla tanış olanda Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışmağı planlaşdırıram”, - Dövlət Departamentinin rəhbəri bildirib. O qeyd ki, ABŞ konfidensial danışıqlara yer buraxmaq üçün sənədi açıqlamaq istəmir və Rusiyanın buna ciddi yanaşacağına ümid edirlər. Geri dön |