Ana Sayfa > Karusel / Gündəm > Yüksək Liqa: "Sərhədçi" mövsümə məğlubiyyətlə başlayıb

Yüksək Liqa: "Sərhədçi" mövsümə məğlubiyyətlə başlayıb


26-01-2022, 22:49. Yazar: Admin

Yüksək Liqa: Sərhədçi mövsümə məğlubiyyətlə başlayıb

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyun keçirilib.

Qarabaginfo.az-ın məlumatına görə, II tura təsadüf edən günün yeganə matçında “Exspress” “Sərhədçi”ni sınağa çəkib.

“Murov” klubunun idman zalında baş tutan qarşılaşma nominal ev sahiblərinin qələbəsi ilə başa çatıb. İlk setdə 25:21 hesabı ilə qalib gələn “Ekspress” növbəti hissədə rəqibini çətinliklə məğlub edib – 27:25. Üçüncü set də gərgin mübarizə şəraitində keçib. Lakin 23:25 hesabı ilə uduzan “Sərhədçi” məğlubiyyətdən xilas ola bilməyib. “Ekspress” çempionata 3:0 hesablı qələbə ilə başlayıb.

26 yanvar

Yüksək Liqa

II tur

“Exspress” – “Sərhədçi” 3:0 ( 25:21, 27:25, 25:23)

Yanvarın 27-də isə II turun digər qarşılaşmasında MOİK “Murov”u sınağa çəkəcək. Bu tur “Neftçi” istirahət edəcək.

Qeyd edək ki, mövsümdə hələlik bir görüş keçirilib. Həmin oyunda MOİK “Neftçi”yə 3:1 (25:19, 26:28, 25:23, 25:16) hesabı ilə qalib gəlib.


Geri dön