Ana Sayfa > Karusel / Gündəm > Yevlaxda avtomobillər toqquşub, xəsarət alanlar var

Yevlaxda avtomobillər toqquşub, xəsarət alanlar var


26-01-2022, 22:30. Yazar: Admin

Yevlaxda avtomobillər toqquşub, xəsarət alanlar var

Yevlax şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Qarabaginfo.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. "VAZ" markalı avtomobillə digər minik nəqliyyat vasitəsinin toqquşması nəticəsində Goranboy rayon sakinləri, 1974-cü il təvəllüdlü Gülnarə Rəhimova və 2003-cü il təvəllüdlü Türkan Rəhimova xəsarət alıb.

Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.


Geri dön