Ana Sayfa > Karusel / Gündəm > Gürcüstanın Milli Turizm Administrasiyası: Azərbaycanla əməkdaşlığı fəallaşdırmaq niyyətindəyik
Gürcüstanın Milli Turizm Administrasiyası: Azərbaycanla əməkdaşlığı fəallaşdırmaq niyyətindəyik26-01-2022, 22:23. Yazar: Admin |
“Gürcüstanın Azərbaycanla turizm sahəsində çox yaxşı əməkdaşlığı var. Azərbaycan bizim üçün strateji bazarlardan biridir”. Qarabaginfo.az bildirir ki, bunları “Report”un yerli bürosuna açıqlamasında Tbilisidə Azərbaycan və Gürcüstan arasında kombinə edilmiş turların təqdimat mərasimində iştirak etmiş Gürcüstanın Milli Turizm Administrasiyasının rəhbər müavini Tamar Koriauli deyib. Onun sözlərinə görə, koronavirus pandemiyasına qədər ölkələr arasında turizm sahəsində məhsuldar əməkdaşlıq olub: “Ümid edirəm ki, hər iki ölkədə pandemiya ilə bağlı vəziyyət sabitləşəcək, bu il və gələn il əməkdaşlığımız pandemiyadan öncəki dövrdə olduğu kimi daha fəal olacaq”. Administrasiyanın nümayəndəsi qeyd edib ki, kombinə edilmiş turlarla Gürcüstan və Azərbaycanı beynəlxalq ziyarətçilər üçün daha cəlbedici etmək mümkün olacaq: “Azərbaycanın Dövlət Turizm Agentliyinin nümayəndələri ilə bu gün keçirdiyimiz görüşdə əməkdaşlığa dair müxtəlif mövzuları, ölkələrin potensialının düzgün istiqamətdə istifadəsi, Avropa və Asiya bazarları üçün regionun cəlbediciliyinin artırılması məsələlərini müzakirə etdik. Gələcək təşəbbüsləri planlaşdırmaq məqsədilə növbəti addım informasiya və təcrübə mübadiləsi olacaq”. Geri dön |