Ana Sayfa > Karusel / Siyasət > 250 minlik ordu Rusiyaya qarşı: “İlk günlərdə üstünlük Ukraynada olacaq”
250 minlik ordu Rusiyaya qarşı: “İlk günlərdə üstünlük Ukraynada olacaq”26-01-2022, 21:45. Yazar: Admin |
Bolqarıstan mətbuatı Ukraynanın Türkiyə ilə əməkdaşlıq edərək Rusiyaya qarşı hava üstünlüyünü PUA-larla kompensasiya etməyə çalışdığını yazıb. Qarabaginfo.az xəbər verir ki, Ukrayna və Rusiya arasında son həftələrdə gərginliyin artdığına diqqət çəkən Bolqarıstan mətbuatı bu iki ölkənin hərbi müdafiəsini müqayisə edib. Ukrayna ordusunun cəbhəyə 200-250 mindən çox nizami hərbçi çıxardığı bildirilən xəbərdə Rusiyanın Ukrayna sərhədinə təxminən 120-150 minlik qüvvə yerləşdirdiyi deyilib. “Ukrayna ordusu mümkün müharibənin ilk günlərində say üstünlüyünə malik olacaq”, - məlumatda qeyd edilib. Həmçinin xəbərdə ABŞ-ın Ukraynaya 90 ton silah-sursat göndərdiyi, İngiltərənin isə tank əleyhinə müdafiə sistemləri verdiyi bildirilib. Amma döyüş təyyarələri baxımından Rusiyanın havada Ukraynadan üstün olduğu iddia olunub. “Ukrayna Türkiyə ilə əməkdaşlıq edərək, Rusiyaya qarşı hava üstünlüyünü PUA-larla kompensasiya olunmağa çalışır. Ukrayna Türkiyənin Suriya, Liviya və Qarabağ (Azərbaycan) müharibələrində istifadə etdiyi 12 ədəd “Bayraktar TB2” dronu alıb”, - məlumatda vurğulanıb. Geri dön |