Ana Sayfa > Karusel / Gündəm > "Tata Steel": Məmmədyarov ABŞ şahmatçısı ilə heç-heçə edib

"Tata Steel": Məmmədyarov ABŞ şahmatçısı ilə heç-heçə edib


26-01-2022, 21:22. Yazar: Admin

Tata Steel: Məmmədyarov ABŞ şahmatçısı ilə heç-heçə edib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirində növbəti görüşünü keçirib.

Qarabaginfo.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster X turda ABŞ-dan olan Sem Şenklendlə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 29-cu gedişdə heç-heçəyə razılaşıb.

Bu nəticədən sonra xallarını 7-yə çatdıran Məmmədyarov 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə 8 xalı olan norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir.


Geri dön