Ana Sayfa > Karusel / Gündəm > Təbii və texnogen hadisələr nəticəsində ölənlərin sayı açıqlandı
Təbii və texnogen hadisələr nəticəsində ölənlərin sayı açıqlandı26-01-2022, 18:34. Yazar: Admin |
Ötən il respublika ərazisində 15 247 təbii və texnogen mənşəli hadisə baş verib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) 2021-ci il üzrə illik hesabatında qeyd olunub. Bildirilib ki, bu, 2020-ci il ilə müqayisədə, 467 hadisə və ya 3% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər həlak olub, 206 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 51 nəfər xilas edilib, 821 nəfər isə təxliyə olunub.
Geri dön |