Ana Sayfa > Karusel / Gündəm > Azərbaycan Türkiyəyə təbii qazın ixracını artıracaq
Azərbaycan Türkiyəyə təbii qazın ixracını artıracaq26-01-2022, 17:36. Yazar: Admin |
Son günlərdə İrandan Türkiyəyə qazın idxalı ilə bağlı texniki problemlərin yaşanması fonunda Türkiyə tərəfi müvəqqəti çatışmazlığı aradan qaldırmaq üçün Azərbaycan Qaz Təchizatı Şirkətinə (AGSC) əlavə qaz həcmlərinin idxalı ilə bağlı müraciət edib. Bu barədə SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov bildirib. “Şahdəniz konsorsiumunu təmsil edən AGSC şirkəti qardaş Türkiyənin sorğusuna artıq cavab verib və mövcud imkanları səfərbər edərək, Azərbaycandan Türkiyə Cümhuriyyətinə təbii qazın ixracını yaranmış tələbata uyğun artıracaq. Hesab edirəm ki, bu addım Azərbaycan ilə Türkiyə arasında mövcud olan qarşı tərəfli dostluq və qardaşlıq münasibətlərinin inkişafına daha bir mühüm töhfə olacaq”, - o vurğulayıb. Geri dön |