Ana Sayfa > Karusel / Gündəm > "Rusiyanın hərbi texnikaları Xarkovda" - Böyük qalmaqal yaşanır / FOTO

"Rusiyanın hərbi texnikaları Xarkovda" - Böyük qalmaqal yaşanır / FOTO


26-01-2022, 16:37. Yazar: Admin
"Rusiyanın hərbi texnikaları Xarkovda" - Böyük qalmaqal yaşanır / FOTO

ABŞ-ın CNN televiziyasında yayımlanan görüntülər böyük qalmaqal yaradıb.

Qarabaginfo.az xəbər verir ki, televiziyada yayımlanan kadrlarda Ukraynanın Xarkov vilayəti Rusiya ərazisi kimi təqdim edilib. Məlumata görə, kadrların NATO-nun Baş katibi Yens Stoltenberqlə müsahibə zamanı təqdim edilməsi diqqət çəkib. Baş katib Avropadakı mövcud vəziyyət və Rusiya ilə münasibətlər barədə xəbər spikeri Kristina Amanpura açıqlama verərəkən “Xarkov Rusiya” başlığı ilə görüntülər efirə verilib.

Görüntülərdə Rusiyaya məxsus zirehli texnikaların hərəkət etməsi əks olunub.(metbuat.az)


Geri dön