Ana Sayfa > Karusel / Gündəm > Nazirlik: Omicronun uşaqlarda aşkarlanması ilə bağlı rəsmi statistika yoxdur
Nazirlik: Omicronun uşaqlarda aşkarlanması ilə bağlı rəsmi statistika yoxdur26-01-2022, 15:37. Yazar: Admin |
“Hələ ki, ölkədə Omicronun uşaqlarda aşkarlanması ilə bağlı rəsmi statistika yoxdur”. Qarabaginfo.az verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib. O bildirib ki, dünya təcrübəsinə görə, uşaqlar arasında Delta ştamı ilə müqayisədə Omicrona yoluxma çoxdur: “Onlar da bu xəstəliyi böyüklərdəki kimi keçirirlər. Soyuqdəymə simptomları müşahidə olunur. Böyüklərdəki kimi ağırlaşma halları olmur”. O qeyd edib ki, son zamanlar uşaqlar arasında eyni simptomlarla müşahidə olunan hallar var idi: “Bu hallar əvvəlki illərdən çox deyildi. Digər respirator virus infeksiyasına xas hallar idi. Sadəcə COVID-lə bağlı bu saylar azalmışdı”. Geri dön |