Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov İƏT XİN Şurasının iclasına qatılacaq
Ceyhun Bayramov İƏT XİN Şurasının iclasına qatılacaq26-01-2022, 15:30. Yazar: Admin |
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının iclası martın 22-23-də İslamabadda keçiriləcək. Bu barədə Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee "Twitter"də bildirib. İƏT-in Xarici İşlər Nazirləri Şurasının 48-ci iclasında iştirak etmək üçün səfir bu gün Pakistan xarici işlər nazirinin dəvətini Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova təqdim edib. Geri dön |