Ana Sayfa > Karusel / Gündəm > Fevralın 15-dən idman və sağlamlıq obyektlərindən istifadəyə hansı hallarda icazə veriləcəyi açıqlanıb

Fevralın 15-dən idman və sağlamlıq obyektlərindən istifadəyə hansı hallarda icazə veriləcəyi açıqlanıb


26-01-2022, 15:27. Yazar: Admin

İdman zalında məşq edənlər bunları mütləq bilməlidir! | İdman və sağlamlıq | Kayzen

Fevralın 15-dən idman və sağlamlıq-bərpa obyektlərindən istifadəyə hansı hallarda icazə veriləcəyi açıqlanıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə məlumatında qeyd edilib.

Bildirilib ki, 2022-ci il fevralın 15-dən etibarən yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız etibarlı olan COVID-19-a qarşı peyvənd olunmanı təsdiqləyən peyvənd sertifikatı və ya COVID-19-dan sağalaraq immunitetə malik olmanı təsdiqləyən sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatı olan şəxslər istifadə edə bilərlər.


Geri dön