Ana Sayfa > Karusel / Gündəm > Cəbrayılda daha bir erməni hərbçisinin meyiti tapıldı

Cəbrayılda daha bir erməni hərbçisinin meyiti tapıldı


26-01-2022, 12:28. Yazar: Admin

İşğaldan azad olunan ərazidə daha bir erməni hərbçisinin meyiti aşkarlanıb.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov deyib.

 

O bildirib ki, erməni hərbçisinin meyiti dünən axşam saatlarında işğaldan azad olunan Cəbrayıl rayonu ərazisində aşkarlanıb.

 

"Azərbaycan, rus və ermənilərdən ibarət axtarış qrupunun keçirdiyi əməlliyyat-axtarışlar zamanı meyit aşkar edilib. Meyit Ermənistana təhvil verilib", - Ə.Şahidov qeyd edib.


Geri dön