Ana Sayfa > Karusel / Gündəm > Sülh sazişi ilə Paşinyanın “status”u bir araya SIĞMIR

Sülh sazişi ilə Paşinyanın “status”u bir araya SIĞMIR


26-01-2022, 12:23. Yazar: Admin

"Ermənistanın baş naziri Nikol Paşinyan müharibədən sonra qulağa xoş açıqlamalarını davam etdirir. Deyir ki, Azərbaycanla sülh sazişi imzalanacaq, sərhəd müəyyənləşəcək, kommunikasiya xətləri açılacaq. Ancaq reallıqda heç bir addım atılmır".

 

Qarabaginfo.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlunun sözlərinə görə, yeganə yenilik İrəvanın Ankarayla başladığı dialoq və sərhəddə nisbi sakitlikdir:

 

 

"Ötən ilin noyabrında Soçidə qərar verilmişdi ki, qısa müddətdə sərhədlərin müəyyənləşməsiylə bağlı komissiya yaradılacaq. Komissiyadan xəbər-ətər varmı?

 

Digər tərəfdən, Paşinyan sülh sazişindən danışarkən, “Qarabağ probleminin” buna dəxli olmadığını, bu “məsələnin” ATƏT-in Minsk Qrupu çərçivəsində həllindən danışır, yəni rəsmi Bakının rədd etdiyi “statusa” işarə edir. Sülh sazişi ilə “status” bir araya sığmır.

 

Ermənistan prezidentinin istefası və yeni dövlət başçısının parlamentdə seçkisi, üstəgəl müxalifətlə növbəti gərgin mübarizə Paşinyanı Azərbaycanla bağlı məsələlərin həllindən bir qədər də yayındıracaq. Bu arada, Qarabağ separatçılarının rusiyalı hərbçilərlə birgə bölgəyə gətirmək istədikləri “növbəti qonaq kim olacaq” sualı da aktuallığını qoruyur".


Geri dön