Ana Sayfa > Karusel / Region > İstanbul valisindən çağırış: “Bizə kömək edin”
İstanbul valisindən çağırış: “Bizə kömək edin”26-01-2022, 10:43. Yazar: Admin |
Bir neçə gündür güclü qarın ciddi fəsadlar törətdiyi İstanbulda həyat tədricən normala dönür.
Qarabaqinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbul valisi Ali Yerlikaya tvitter hesabında əhaliyə çağırış edərək, qarla mübarizə tədbirlərinin davam etdiyildiyini bildirib.
“Şəhərimizdə qar yağışına qarşı mübarizə davam edir. İşlərimizin tez bir zamanda başa çatması üçün magistral yollarda dayanan nəqliyyat vasitələri yığışdırılmalıdır. Gəlin, maşınlarımızı olduğu yerdən çıxaraq. Zəhmət olmasa bizə kömək edin”,- deyə vali qeyd edib.
Bundan əlavə, İstanbuldakı bütün universitetlərdə tədris 31 yanvara qədər dayandırılıb. Dövlət müəssisə və təşkilatlarında işləyən əlil və hamilə qadınlar yanvarın 29-dək ödənişli məzuniyyətə göndəriliblər. Geri dön |