Ana Sayfa > Karusel / Gündəm > Lənkəran sakini 11 min manatının oğurlanması ilə bağlı polisə yalan məlumat verib
Lənkəran sakini 11 min manatının oğurlanması ilə bağlı polisə yalan məlumat verib26-01-2022, 09:48. Yazar: Admin |
Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polisə yalan məlumat verən şəxs müəyyən edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Qarabaginfo.az-a verilən məlumata görə, Lənkəran rayon sakini Sadiq Şərbətov polisə müraciət edərək evindən 11000 manat pulun oğurlandığını bildirib. Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. Keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə oğurluq barədə yalan məlumat verdiyi və yaşadığı evdə heç bir oğurluq faktının baş vermədiyi müəyyən edilib.
Faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırma aparılır. Geri dön |