Ana Sayfa > Karusel / Dünya > Makron yanvarın 28-də Putinlə telefonla danışacağını bildirib

Makron yanvarın 28-də Putinlə telefonla danışacağını bildirib


26-01-2022, 00:39. Yazar: Admin

Makron yanvarın 28-də Putinlə telefonla danışacağını bildirib

“Yanvarın 28-də səhər Rusiya Prezidenti Putinlə danışıqlar aparmağı planlaşdırıram”,

Qarabaginfo.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron çərşənbə axşamı Berlində Almaniya kansleri Olaf Şolzla keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, söhbət zamanı ümumi vəziyyət, müxtəlif məsələlər müzakirə olunacaq, bəzi görünən perspektivlər əldə etməyə çalışılacaq.

Şolz və Makron arasında Putinlə dialoqun mümkün formatının perspektivləri ilə bağlı sualı cavablandıran Fransa lideri bildirib ki, “bu, əlbəttə ki, düzgün formatdır”.

Makron, həmçinin əlavə edib ki, hazırda onun Rusiyaya səfərinin mümkünlüyü nəzərdən keçirilir.


Geri dön