Ana Sayfa > Karusel / Siyasət > İran prezidenti: “Qarşı tərəf tətbiq etdiyi sanksiyaları ləğv edərsə, müzakirə etmək olar”
İran prezidenti: “Qarşı tərəf tətbiq etdiyi sanksiyaları ləğv edərsə, müzakirə etmək olar”26-01-2022, 00:03. Yazar: Admin |
“Bu kimi istəklər yeni deyil, həmişə olub və uzun müddətdir davam edir. Bəzi ölkələr mesaj verir ki, ABŞ birbaşa danışıqlar aparacaq niyyətindədir. İndiyə kimi birbaşa danışıqlar aparılmayıb, lakin indi deyirik ki, əgər qarşı tərəf sanksiyaları ləğv edərsə, müzakirə etmək olar”. Qarabaginfo.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi bu gün canlı yayımda etdiyi çıxışında ABŞ-ın İranla birbaşa müzakirə etmək istəyi ilə bağlı danışarkən deyib. O, başçılıq etdiyi hökumətin xarici siyasətini bütün sahələrdə balanslı olduğunu vurğulayıb: “Qonşu ölkələrimizlə siyasi münasibətlərdə balansı qoruyuruq. Qonşu ölkələrlə ticarət və iqtisadi potensial dəyərləndirilməlidir”. Geri dön |