Ana Sayfa > Karusel / Gündəm > Ağ Ev Rusiyaya tətbiq edilə biləcək sanksiyaları açıqlayıb

Ağ Ev Rusiyaya tətbiq edilə biləcək sanksiyaları açıqlayıb


25-01-2022, 19:08. Yazar: Admin

Ağ Ev Rusiyaya tətbiq edilə biləcək sanksiyaları açıqlayıb

Ağ Ev Ukraynaya hücum edəcəyi təqdirdə Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyaların miqyası barədə məlumat verib.

Qarabaginfo.az RİA "Novosti"yə istinadən xəbər verir ki, Ağ Ev rəsmisi həmin sanksiyaların 2014-cü ildə Krım böhranı zamanı tətbiq olunan sanksiyalardan qat-qat ağır olacağını əlavə edib.

 

Sanksiyalar Rusiyanın bir sıra sahələrdə ixrac nəzarəti ilə (müdafiə, kosmos, süni intellekt, kvant kompüterləri) üzləşəcəyini, ABŞ-la idxal-ixrac əməliyyatlarının məhdudlaşdırılacağını, əlavə maliyyə sanksiyaları ilə üzləşəcəyini əlavə edib.

Ağ Ev rəsmisi sanksiyaların mərhələli deyil, hamısının eyni anda tətbiq olunacağını və Rusiya iqtisadiyyatını çox ağır vəziyyətə salacağını xatırladıb.


Geri dön