Ana Sayfa > Karusel / Gündəm > Külli miqdarda dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

Külli miqdarda dələduzluqda təqsirləndirilən qadına hökm oxunub


25-01-2022, 18:07. Yazar: Admin

Külli miqdarda dələduzluqda təqsirləndirilən qadına hökm oxunub

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən İlahə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qarabaginfo.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ. Məmmədova 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İ. Məmmədova külli miqdarda dələduzluqda ittiham edilir. İttihama görə, İ. Məmmədova zərərçəkmiş Cümşüd Həsənovdan 89 min 750 manat, Svetlana Səmədovadan 48 min manat, Fariz Bədəlovdan 30 min manat, Fərhad Səfərlidən isə 15 min manat dəyərində qızıl-zinət əşyalarını aldadaraq ələ keçirib.

İ.Məmmədova ifadəsində qızıl-alış verişi ilə məşğul olduğunu, zərərçəkmiş şəxslərdən aldığı pulun bir qismini isə qeyri-rəsmi yaşadığı polis əməkdaşı Anar Səfərova verdiyini deyib.

İttihama görə, təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədilə yalan danışaraq dörd nəfərə ümumilikdə 182 min manatlıq ziyan vurub.


Geri dön